Aborta razılaşmayan Gülnarənin qarşısına hələ doğulmayan uşağı “ya abort etdir, ya da səni boşayırıq” seçimi qoyulub. Gülnarə boşanmağı və qızlarını qoruyaraq onlarla birgə tək yaşamağı seçib.
Qızlarını qucaqlayaraq : “Adam balasına oğlan, qızdır deyə necə fərq qoya bilər? Qıya bilmədim vallah...” dedi. O vaxtdan Gülnarəni heç bir qohumu və ailəsi ziyarət etmir. Çünki o boşanıb . Boşanmaq bir damğa kimi konservativ cəmiyyətində stiqmadır. Baxmayaraq ki ölkə liberal qanunlarla idarə edilir.
“Bir qadın etiraz etmək və boşanmaq istədikdə, yaşlı insanlar demək olar ki, qəbul edə bilmirlər. Valideynlər və qohumlar bəzən gənc qızları evlənməyə məcbur edirlər. Ancaq boşanma evliliyindən daha ciddi bir prosesdir. İnsanlar Azərbaycan mədəniyyətində evlənməkdən daha çox boşanma məsələsinə daha ciddi yanaşırlar "deyə, sosioloq Sənubar Heydərova qeyd edir.
Üç ildə bir dəfə də olsun qızlarını görməyə gəlməyən ata heç zəng də etməyib. Səidənin dodaqlarında acı gülümsəmə sezilir:
“ Niyə gəlsin axı... Qız doğduğuma görə məhkəməyə boşanma ərizəsi verən o olub. Ya qızımın qatili olmalıydım, ya da boşanmağı seçməliydim. Əgər abort etdirsəydim, boşamazdılar. Düzdü, qadın kimi əziyyət çəkirəm, xoşbəxt deyiləm. Amma ana kimi xoşbəxtəm. Vicdanım da rahatdır. Gül kimi qızlarım var: sağlam, ağılllı...”
Azərbaycanlı gender ekspertləri qeyd edir ki, mentalitetdə qadına qarşı münasibət həmişə fərqli olub. O ikinci dərəcəli cins olaraq namusa xələl gətirə biləcək varlıq , “duz yükü” kimi göstərilib.
Gender fəalı Nisə Hacıyeva belə hesab edir ki, cəmiyyətdə müəyyən stereotiplər var və hələ də bunları müşahidə edirik : “Azərbaycan cəmiyyətində qadın cinsi həmişə aşağılanıb. Bu stereotiplərə görə qadınlar daha az bacarıqlı və daha az biliklidirlər. Onlara daima nəzarət etmək lazımdır. Bu yanaşma qız uşaqlarına münasibətdə özünü daha çox göstərir”
Məhz bu stereotiplərə görə Qafqazda Azərbaycan erkən nikahlar və selektiv abort hallarının yüksək olması ilə Ermənistan və Gürcüstanı geridə qoyaraq “liderdir”. BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndliyinin məumatında qeyd edilib ki, Azərbaycan gender disbalansında Çindən sonra ön planda durur .
Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2017- ci ildə Azərbaycanda hər 100 qız uşağına 114 oğlan düşürdüsə , 2018- ci ildə hər 100 qıza 118 oğlan düşməsi müşahidə edilib. Yaxud 2018- ci ildə əhalinin cins və yaş üzrə bölgüsünə nəzər salaq: qadınlarda 46. 8, kişilərdə isə 53.2 faiz təşkil edib.
Həmçinin 2017-ci ildə abort etdirənlərin sayı 37618 olubsa , 2018 ci ildə bu rəqəm bir qədər yenib 36141 olub. 2017- ci il 15-19 yaşlı qızlar arasında abortların ən çox qeydə alındığı il olub. Belə ki, həmin il 15-19 yaşlı 1605 qız abort etdirib. Qeyd edim ki, rəsmi statistikalara tibb müəsisələrində icra edilən abortlar daxildir.
Gülnarənin ən böyük arzusu qızlarına təhsil verməkdir. Onlarla hər gün müxtəlif oyunlar oynayıb taz-tez parka gəzməyə aparır ki, atalarının yoxluğunu hiss etməsinlər. İxtisasca müəllimə olan Gülnarə atasız uşaqların psixologiyasını yaxşı anlamaq üçün bəzən saatlarla psixoloji kitablar oxuduğunu, Youtube portalı vasitəsilə psixoloqların söhbətlərini dinlədiyini də əlavə edir.
Beş ildir qızlarını tək böyüdən Gülnarə dəfələrlə ünvanlı sosial yardıma görə müvafiq orqanlara müraciət edib. Deyir, evinə gələn nümayəndələr cəmi 50 manata yaxın pul təyin ediblər. İndi Gülnarə aylıq cəmi 200 dollar pulla dolanır. Deyir bircə yaxşı iş tapsam xoşbəxt olar,qızlarımı böyüdərdim.
Beş ildə bir dəfə də olsun qızlarını görməyə gəlməyən ata heç zəng də etməyib. Gülnarənin dodaqlarında acı gülümsəmə sezmək çətin deyil: “ Niyə gəlsin axı... Qız doğduğuma görə məhkəməyə boşanma ərizəsi verən o olub. Ya qızımın qatili olmalıydım, ya da boşanmağı seçməliydim. Əgər abort etdirsəydim, boşamazdılar. Düzdü, qadın kimi əziyyət çəkirəm, xoşbəxt deyiləm. Amma ana kimi xoşbəxtəm. Vicdanım da rahatdır. Gül kimi qızlarım var: sağlam, ağılllı...”